» » Bakıda bu yollarda sürət həddi endirildi - DİQQƏT


Bakıda bu yollarda sürət həddi endirildi - DİQQƏT

21-01-2021, 09:56
Çap et
Bakıda bu yollarda sürət həddi endirildi - DİQQƏT Bakıda qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi 40 km/saat, qalan hissələrində, eləcə də Zığ-Hava limanı yolunda isə 20 km/saat həddində endirilib.
Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun xətlərə çıxarılıb.
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.
Bir daha hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.
Reytinq: