» » Könül Kərimova izləyiciləri təhqir etməsindən danışdı


Könül Kərimova izləyiciləri təhqir etməsindən danışdı

28-01-2021, 11:15
Çap et
Könül Kərimova izləyiciləri təhqir etməsindən danışdı Əməkdar artist Könül Kərimova bir müddət öncə sosial şəbəkə istifadəçiləri ilə arasında yaşanan qalmaqaldan danışıb.
Müğənni “Xəbər ətər” proqramına qonaq olarkən rəy yazaraq onun estetik prosedurlara hədsiz dərəcədə əl atdığını, görünüşünün tamamilə dəyişdiyini iddia edənlərə cavab verib.
K. Kərimova təbii gözəl olduğunu qeyd edib: “Ətrafımda olan hər kəs bilir ki, bu prosedurları etdirmək mövzusunda çox tənbələm. Bir balaca gözəl görünəndə yazırlar ki, botoks etdirmisən!
Adətən “əşi, gedərəm” deyib həmişə günü günə satmışam. Bir gün evdəkilər də dedilər ki, düz edirsən, getmə! Deyirlər ki, hamı məndən danışır, fikirləşirlər ki, nəsə etdirib belə gözəl olmuşam. Nə vaxt desələr ki, nə günə qalmısan, bax o zaman gedərəm”.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl paylaşdığı fotoya şərh bildirənlərə bir-bir cavab yazmış, hətta onları təhqir etmişdi.
Reytinq: