» » Koronavirusun beşiyi “Uhan bazarı” ilə bağlı "MÜHÜM DƏLİLLƏR"


Koronavirusun beşiyi “Uhan bazarı” ilə bağlı "MÜHÜM DƏLİLLƏR"

8-02-2021, 09:09
Çap et
Koronavirusun beşiyi “Uhan bazarı” ilə bağlı "MÜHÜM DƏLİLLƏR" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi beynəlxalq mütəxəssis qrupu Çinin koronavirusun ilk yayıldığı bildirilən Uhan şəhərindəki dəniz məhsulları satılan bazarda əhəmiyyətli məlumatlar toplayıblar.
Bunu qrup üzvlərindən biri, “EcoHealth” qeyri-hökumət təşkilatı rəhbəri, zooloq Peter Daszak bildirib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasında göstərilən bazarın rolu barədə əllərində "mühüm dəlillər" var: “Nəticə barədə məlumat fevralın 10-dək açıqlanacaq. Çin mütəxəssisləri ilə görüşdük, bir sıra tədqiqat mərkəzlərində olduq. Bəzi real dəlillər əldə edildi”.
Mütəxəssis qeyd edib ki, hazırda qrup üzvləri alınan məlumatları müqayisə edirlər: “Bu dəlillər baş verənləri dərindən anlamağın başlanğıcıdır. Araşdırmada əsas sahələrin bütün spektri nəzərdən keçirilməlidir. Qrup bütün işləri Çin tərəfi ilə birlikdə aparııb.
Hər gün onlarla görüşdük, yeni məlumatlarla tanış olduq. Sonra ən vacib yerlərə getmək istədiyimizi söylədik. Onlar gedəcəyimiz yerin siyahısını istədilər. İstədiyimiz bütün yerlərdə olduq, bu barədə açıq idilər”.
Qeyd edək ki, ÜST mütəxəssisləri yeni koronavirusun mənşəyini öyrənmək üçün yanvarın 14-də Çinin Uhan şəhərinə gəliblər.
Reytinq: