Yararsız vaqon və relsləri kim sökəcək? - Hərracda bəlli olacaq8-02-2021, 06:21
Çap et ADY-dən verilən məlumata görə, 4 lot üzrə təşkil olunan hərrac istismara yararsız 83 yük vaqonların doğranılması və sökülməsindən əldə olunan qara metalları, təkər cütlərini, eləcə də yararsız relslərin söküntüsündən əldə olunan dəmir-beton və ağac şpalların "Azərbaycan Dəmir Yolları"nın ölkə ərazisində müvafiq müəssisələrinə çatdırılmasını nəzərdə tütür. Hərraca əsasən daşınacaq hər 1 600 ton qara metalın, 3 000 ton təkər cütlərinin, 5 000 ton dəmir-beton şpalın və 5 000 ton ağac şpallarının ilkin start qiyməti (ƏDV daxil) müvafiq olaraq 190 manat, 190 manat, 5 manat və 3 manat təşkil edir. Hərracın hər bir lot üzrə iştirak haqqı 200 manatdır. Məbləğ iştirakçı tərəfindən hesaba köçürdükdən sonra tələb olunan sənədlər toplusunu QSC əldə etmək olar. Hərrac 9 mart tarixində, saat 11:00-da QSC-nin inzibati binasında keçiriləcək. Hərracın keçirilməsinə 5 gün qalmış hərracda iştirak etmək üçün tələb olunan sənədlərin qəbulu dayandırılacaq. Qalib gələn alıcılarla müqavilələr bağlanılacaq və müqavilə qiyməti 4 bərabər hissəyə bölünməklə alıcıya təhvil veriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
