» » Novruz bayramında növbəti əfv ola bilər - AÇIQLAMA


Novruz bayramında növbəti əfv ola bilər - AÇIQLAMA

16-02-2021, 10:14
Çap et
Novruz bayramında növbəti əfv ola bilər - AÇIQLAMA “Əfv komissiyasının bu gün keçiriləcək iclasında hansı məsələlərin müzakirə olunacağı hələ məlum deyil”.
Bu sözləri “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O həmçinin bildirib ki, qarşıdakı müddət ərzində növbəti əfv prosesinin keçirilməsi gözlənilir:
“Mart ayında prezidentin sərəncamı əsasında məhkumların növbəti əfv prosesinin keçirilməsi istisna deyil”.
Qeyd edək ki, əfv prosesi ildə bir və ya bir neçə dəfə keçirilə bilər. Proses il ərzində daha çox Yeni il, Novruz bayramları ərəfəsində, yaxud may ayında təşkil edilir.
Reytinq: