» » Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ


Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ

23-02-2021, 11:25
Çap et
Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.
Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyun ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırıacaq”.
Elnur Abbasov qeyd edib ki, Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı iddiaları biz də eşidirik, amma bu iddiaların heç bir əsası yoxdur. Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil:
“Bununla bağlı mütəmadi olaraq, araşdırma aparılır, sosial-iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan bir neçə ölkənin təcrübəsi davamlı olaraq, öyrənilir”.
E.Abbasovun sözlərinə görə, elm və texnikanın inkişafı insanların həyat səviyyəsinin uzanmasına səbəb olub:
“Bunu beynəlxalq təşkilatlar da deyir. Həyat səviyyəsinin ömür uzunluğunun artması nəticəsində pensiya yaşı bütün ölkələrdə mərhələli şəkildə artır. Bu gün elə ölkə tapmaq olmaz ki, o, pensiya yaşını mərhələlii şəkildə artırmasın”.
Elnur Abbasov onu da əlavə edib ki, Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Həmin vətəndaşların topladıqları sığorta kapitalı artıq bitib.
Onun sözlərinə görə, Azərbaycanda gözlənilən ömür uzunluğu 77 il, pensiyaya çıxma yaşı isə 65-dir: “Arada 12 il fərq var. Bu gün Azərbaycanda 1 milyon 232 min pensiyaçı var. Biz vətəndaşın topladığı sığorta haqqını ona 12 il ərzində ödəməyi planlaşdırırıq. Əgər vətəndaş pensiyaya çıxdıqdan sonra 12 ildən çox yaşayırsa, onun pensiyasını kəsmirik. Məsələn, 90 yaşa çatan insanlar var ki, onlar pensiya almağa davam edirlər. Bu insanların topladıqları pensiya kapitalı artıq çoxdan bitib. Bu gün biz onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam etdiririk”.
Reytinq: