Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini1-03-2021, 12:38
Çap et
![]() Bu barədə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb: "Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibbi işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bugünə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub". Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|