» » Ermənistandakı qədim Azərbaycan abidəsinin görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir


Ermənistandakı qədim Azərbaycan abidəsinin görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir

2-03-2021, 09:35
Çap et
Ermənistandakı qədim Azərbaycan abidəsinin görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir İndiki Ermənistanın Tavuş bölgəsindəki Barana (Noyanberyan) rayonunun Dostluq – Qurumsulu (Barekamavan) kəndindəki xristianlığaqədərki dövrə aid olan abidə öz mövcudluğunu qoruyub saxlasa da, onun orijinal görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir.
Bunu mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, Qurumsulu abidəsi qədim Azərbaycanın misilsiz gözəlliyə malik və az öyrənilən abidələrindən biridir:
"Qurumsulu (Barekamavan) kəndinin yaxınlığında yerləşən bu abidənin tədqiqatı zamanı praktik olaraq heç bir məlumata rast gəlmədik. Abidənin inşa tarixinin eramızın IV əsrinə aidd olduğu güman edilir. Memarlıq quruluşuna görə abidə 14 guşəli, gümbəzli türbə üslubunda inşa edilib. Abidənin karnizi müxtəlif heyvan heykəlləri ilə bəzədilib".
F.İsmayılov əlavə edib ki, abidənin gümbəzi ermənilər tərəfindən uçurdulub. Ermənilər öz xislətlərinə uyğun olaraq abidənin şərq pəncərəsinə 2004-cü ildə xaç şəklli bir daş quraşdıraraq, bu abidənin erməni xristian dövrünə aid olduğunu iddia etməyə başlayıblar. Lakin bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna heç bir aidiyyatı yoxdur və o, heç bir mahiyyət daşımır:
"Ermənistan hökumətinin müvafiq qurumları abidəni ibadətgaha çevrmək istəsələr də, yerli sakinlər abidənin onların dininə heç bir aidiyyatı olmadığını düşünürlər. Qəribədir ki, abidəni mənimsəməyə cəhd edən ermənilər, abidənin adında fərq etmədən türk toponimindən istifadə ediblər. Belə ki, abidənin adını khach (xaç) yəni xaçlı abidə kimi səsləndirirlər".
Reytinq: