Heqiqet.Az » siyaset » Millət vəkili Sabir Hacıyev: "Prezidentin nəzarəti altında Qarabağ yaxın zamanda cənnət diyara çevriləcək!"


Millət vəkili Sabir Hacıyev: "Prezidentin nəzarəti altında Qarabağ yaxın zamanda cənnət diyara çevriləcək!"

12-03-2021, 06:21
Çap et
Millət vəkili Sabir Hacıyev: "Prezidentin nəzarəti altında Qarabağ yaxın zamanda cənnət diyara çevriləcək!" "Azərbaycan Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bugünlərdə kecirilən VII qurultayı öz möhtəşəmliyi ilə yaddaşlara həkk olundu. Qurultayda təkcə YAP deyil, ümumilikdə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalarla bağlı Partiya lideri olduqca məzmunlu nitq söylədi". Bu sözləri martın 9-da keçirilən Milli Məclisin plenar iclası öncəsi görüşüb söhbət edərkən millət vəkili Sabir Hacıyev bizə söylədi.
Millət vəkili qeyd etdi ki, təxminən bir ildən artıqdır ki, Prezident Administrasiyasında siyasi partiyalarla iş üzrə xüsusi şöbə yaradılmışdır. Şöbənin müdiri Ədalət Verdiyev ilk andan mütəmadi olaraq gündəmdə olan bütün siyasi partiyalarla görüşlər keçirirdi və bu görüşlərin nəticəsində partiyaların rəhbərlərinə öz fikirlərini çatdırmaq, problemlərini qaldırmaq üçün imkan yaradılırdı. Bu çox müsbət hal idi. Keçən il keçirilən parlament seçkilərində də ilk dəfə olaraq Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların da təmsilçiliyinə xüsusi yer ayrılmışdı. Elə bunun bariz nümunəsi kimi, Milli Məclis spikerinin müavininin başqa siyasi partiyanın nümayəndəsi olmasını, eləcə də komitə sədrlərinin müavinlərini misal gətirmək olar. Bu o deməkdir ki, Azərbaycanda son dövrlərdə siyasi səhnədə yetərincə və əhəmiyyətli dərəcədə yeniləşmə prosesi getmişdir. Bu mənada ümummilli məsələlərdə, elə Vətən müharibəsində əldə olunan müzəffər qələbəmizdə də bütün siyasi partiyaların birləşməsi xalqımızın böyüklüyünü, birliyini ortaya qoydu.
Millət vəkili jurnalistlərin Qarabağa səfəri ilə bağlı verdiyimiz suala cavab olaraq bildirdi ki, bu çox gözəl aksiyadır. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycanda akkreditasiya olunan və Azərbaycana ezam olunan jurnalistlər birbaşa Qarabağ bölgəsinə aparılır, onlar erməni vandallığını öz gözləri ilə görürlər və şahidi olurlar. Nəticədə bütün dünya bu vəhşiliyi izləyir, məlumatlanır.
Millət vəkili S. Hacıyev 2021-ci ilin Zəfər büdcəsi çərçivəsində Qarabağda aparılacaq yenidənqurma işləri, bu istiqamətdə həyata keçiriləcək inkişaf proqramı, "ağıllı kənd" və qəsəbələrin salınacağı ilə bağlı ünvanladığımız suala isə cavab olaraq qeyd etdi ki, artıq orada hər yer erməni vəhsiliyi nəticəsində dağılıb hər hər şey yenidən qurulmalıdır. Onun üçün ağıllı addımlar atılmalı "ağıllı kənd" və ya qəsəbə salımalıdı. Tələsmədən, planlı şəkildə, ekspertlər dəvət olunmalıdır, müasir, estetik şəkildə quruculuq işləri aparılmalıdır. Bilirsiniz ki, bütün bunlara əsaslı şəkildə nail olmaq üçün cənab Prezidentin tapşırıgı ilə Qarabağ Dirçəliş Fondu da yaradıldı. İnanıram ki, zaman keçəcək, Qarabağ nəinki Azərbaycanın, bütün dünyanın marağında, diqqət mərkəzində olan ən görkəmli diyara çevriləcək və nəticədə bura dünyanın hər yerindən axın-axın turistlər gələcək.
Millət vəkili bildirdi ki, bu məsələlərdə cənab Prezidentin də qeyd etdiyi kimi tələsməməliyik. İşğaldan azad olunan ərazilərdə ilk növbədə təmizləmə işləri aparılmalıdır, aparılır və aparılacaq.
Müsahibim onu da əlavə etdi ki, artıq yollar çəkilir, hava limanları tikilir. Qısa müddətdə xeyli işlər görülüb. Dövlət başçısı çıxışı zamanı gözəl bir ifadə işlətdi ki, "Atılacaq addımları qabaqcadan demək istəmirəm, ancaq qısa müddətdə planlı şəkildə bütün işlər görüləcək. Nəzərə alsaq ki, cənab Prezidentin, eləcə də birinci vitse-Prezidentin çox gözəl zövqü var, onların nəzarəti altında Qarabağ yaxın zamanda cənnət diyara çevriləcək.
Sonda millət vəkili bir daha YAP-ın VII qurultayından irəli gələcək nəticələrə və yeniliklərə toxunaraq bildirdi ki, qurultayda əhəmiyyətli dərəcədə yeniləsmə baş verdi. Nizamnamədə təkmilləşmə prosesi aparıldı, yeni kadrlar seçildi. Bir sözlə, bayaq qeyd etdiyim kimi, bu qurultay təkcə YAP-a aid deyildi, orada cənab Prezidentin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalarla bağlı bir proqram xarakterli çıxışı xüsusi önəm daşıyır.
Reytinq: