» » DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə görüşüb


DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə görüşüb

25-03-2021, 16:54
Çap et
DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə görüşüb DÇ-2022-nin seçmə mərhələsinin I turu çərçivəsində "A" qrupunda yer alan Azərbaycan yığması Portuqaliya komandası ilə qarşılaşıb.
İtaliyanın Turin şəhərində keçirilən oyun Portuqaliyanın 1:0 qələbəsi ilə başa çatıb.
Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində aktivinə 3 xal yazdırıb.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Reytinq: