Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrində ixtisas toplantısı keçirilir26-03-2021, 11:42
Çap et Müdafiə Nazirliyindən verilən məlumata görə, ixtisas toplantısının birinci mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğuları üzərində praktiki atışlar keçirilib. Şəxsi heyətin taktiki, texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplantının ikinci mərhələsində isə heyətlərin səhra bacarıqları yoxlanılıb. Hazırda davam edən toplantılarda heyətlərin tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutması, tank əleyhinə dəzgahlı qumbaraatanlardan düzünə və yarımdüzünə tuşlama ilə yaxın və uzaq məsafələrdə hədəfləri məhv etməsi vərdişləri praktiki atışlarla təkmilləşdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
