Heqiqet.Az » hadise » DİN və DTX Şuşada əməliyyat keçirdi


DİN və DTX Şuşada əməliyyat keçirdi

29-03-2021, 07:20
Çap et
DİN və DTX Şuşada əməliyyat keçirdi Şuşada xeyli sayda silah-sursat aşkar edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə əməliyyat keçiriblər. Bu zaman Şuşa şəhərindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Reytinq: