Yaz fəslində immun sisteminin qayğısına qalın!30-03-2021, 10:08
Çap et
![]() İmmun sistem patogen mikroorqanizmlərin orqanizmə daxil olmasına imkan verməyən görünməz qoruyucu bir mane olub, onlarla mübarizə aparır. Buna görə yaz fəslində aktivləşən müxtəlif virus və bakteriyalardan qorunmaq üçün immun sistemə köməklik etmək vacibdir. Yazda fiziki aktivliyi bərpa etmək və immun sistemi möhkəmləndirmək üçün aşağıdakılara əməl etmək tövsiyə olunur: - Gərginlikdən və stresdən uzaq olmaq. Həm böyüklər, həm də uşaqlar gündəlik rejimə diqqət etməlidirlər: eyni vaxtda yuxudan durmaq, normal qidalanmaq, kompüterdən minimum istifadə etmək, axşam yeməyini vaxtında yemək, nomal yuxu vacibdir. -Fiziki aktivlik. Təmiz havada gəzmək, fitneslə, üzgüçülüklə məşğul olmaq, velosiped sürmək, aerobika, rəqs və s. -Düzgün qidalanmaq . İmmun sisteminin inkişafında və fəaliyyətində əsas rol bağırsaq mikroflorasına aiddir. Çünki immun hüceyrələrin 70% -dən çoxu həzm sistemində cəmlənmişdir. Odur ki, bağırsaq mikroflorasını qorumaq vacibdir, bədənimizin bu “kiçik sakinləri” orqanizmin böyük müdafiəçiləridir. Orqanizmə daxil olan xəstəlik törədən mikrobları zərərsizləşdirirlər. Bu məqsədlə lif tərkibli qidalara ( o cümlədən inulin, fruktoliqosaxarid tərkibli qida əlavələri), qatıq, yoqurt kimi süd məhsullarına üstünlük vermək lazımdır. Meyvə- tərəvəzlərdən daha çox istifadə olunmalı, şirniyyatın miqdarı azaldılmalıdır, qazsız, adi su içmək tövsiyə olunur. Zülalların, yağların və karbohidratların balansına nəzarət etmək və gün ərzində 3- 4 dəfə qidalanmaq lazımdır. -İmmun sistemi qüvvətləndirmək məqsədilə isə vitamin və mineralların qəbulu zəruridir. Yaz fəslində qida məhsulları ilə günlük tələbata uyğun vitaminlərin qəbul olunmaması vitamin və mineral qəbuluna ehtiyac yaradır. Xüsusən, C vitamini və sink yazda immun sistemi möhkəmləndirməyə, virus və bakteriyalarla mübarizə etməyə kömək edəcəkdir. Buna görə də yaz fəslində tərkbində C vitamini və sink olan vasitələrin qəbulu tövsiyyə olunur. Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|