» » "Virgin Galactic" yeni kosmik təyyarəsini təqdim edib


"Virgin Galactic" yeni kosmik təyyarəsini təqdim edib

31-03-2021, 09:05
Çap et
"Virgin Galactic" yeni kosmik təyyarəsini təqdim edib İngilis milyarderi Riçard Brensonun "Virgin Galactic" şirkəti yeni "Imagine" (SpaceShip III seriyası) kosmik təyyarəsinin təqdimatını keçirib.
Yeni kosmik apparat istismar baxımından uçuş tezliklərinə görə əvvəlki modellərdən daha mükəmməldir. Şirkət əməkdaşlarının yaxın gələcəkdə "Imagine" təyyarəsinin sınaqlarına başlayacağı gözlənilir və o, bu yay Nyu Meksiko ştatının ərazisindən havaya qaldırımalıdır. "Virgin Galactic" hazırda bu seriyanın "İnspire" adlı ikinci kosmik gəmisi üzərində də işləri davam etdirir.
Xatırladaq ki, "Virgin Galactic" tərəfindən hazırlanan kosmik təyyarələri müntəzəm turizm suborbital uçuşlar üçün nəzərdə tutulub.
Reytinq: