» » Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb


Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb

1-04-2021, 09:07
Çap et
Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb Daxili İşlər Nazirliyi (DİN) martın 31-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotiklə əlaqəli 21 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Reytinq: