"Avroviziya" müsabiqəsi tamaşaçıların iştirakı ilə keçirilə bilər2-04-2021, 09:09
Çap et
![]() Bu barədə müsabiqənin təşkilatçıları bildirib. Qeyd olunur ki, tamaşaçıların müsabiqədə iştirakı eksperiment xarakteri daşıayacaq. Niderland hökuməti böyük auditoriyalı tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinin mümkünlüyünü yoxlayacaq. "Avroviziya" müsabiqəsinin məşqinin yarımfinal və final yarışlarında eyni zamanda 3,5 minədək tamaşaçının iştirakı nəzərdə tutulur. Bunun üçün mənfi koronavirus testi nəticəsi tələb olunacaq. Qeyd edək ki, 2021-ci il "Avroviziya" mahnı müsabiqəsi mayın 18-22-də Niderlandın Rotterdam şəhərində keçiriləcək. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|