» » Milli Məclisin deputatı Qırğızıstanda keçiriləcək referendumu müşahidə edəcək


Milli Məclisin deputatı Qırğızıstanda keçiriləcək referendumu müşahidə edəcək

7-04-2021, 10:12
Çap et
Milli Məclisin deputatı Qırğızıstanda keçiriləcək referendumu müşahidə edəcək Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək.
Deputatımız TÜRKPA Beynəlxalq MüşahidəçilərMissiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək.
Səfər aprelin 14-də başa çatacaq.

Reytinq: