Natiq Əliyev: Neftin qiymətinin azalması müəyyən siyasi maraqlarla bağlıdır9-09-2015, 17:16
Çap et Energetika naziri, Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın həmsədri Natiq Əliyevlə keçirilən görüşdə iki ölkə arasındakı dərin tarixi köklərə və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Bildirilib ki, siyasi-iqtisadi əlaqələrin möhkəmliyi enerji sektorunda da uğurlu əməkdaşlığı təmin edib və birgə layihələrin həyata keçirilməsini mümkünləşdirib. Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti də təqdirəlayiq hesab edilərək, əməkdaşlığın gələcək istiqamətləri və dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı ətrafında fikir mübadiləsi aparılıb. Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə müşayiət olunan bu böhranın təsirlərindən danışan N.Əliyev deyib ki, bu prosesin əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır: “Ölkənin yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq. Bütün ölkələr, o cümlədən Qazaxıstan da mövcud vəziyyətdən ancaq öz praqmatizmi ilə çıxa bilər.” B.İsabayev isə bildirib ki, bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi onun diplomatik fəaliyyətində də prioritet təşkil edəcək. İkitərəfli münasibətlərin inkişafında isə qarşılıqlı səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd edilərək, Astanada keçiriləcək EKSPO-2017 Beynəlxalq sərgisinin təşkili ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
