Ustanı cərəyan vuraraq öldürüb20-04-2021, 06:07
Çap et Qəbələ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Qəbələ yarımstansiyasının ustası Nəsir Yusifovun iş yerində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
