Son doqquz ayda Azərbaycana bir milyona yaxın turist gəlib9-09-2015, 17:30
Çap et Ötən doqquz ay ərzində Azərbaycana bir milyona yaxın turist səfər edib.APA-nın məlumatına görə, bunu turizmlə bağlı keçirilən biznes forumda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. Onun sözlərinə görə, Azərbaycana turistlər əsasən Rusiya, Türkiyə, Gürcüstan və İrandan gəlir: “Qonşu ölkələrdə baş verən iqtisadi çətinliklər turistlərin sayına təsir edir. Məsələn, Rusiyadan gələn turistlərin sayında bu il 87 minə yaxın azalma olub”. Nazir müavini qeyd edib ki, dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəşti tətbiq edilir: “Bəlkə bizdə də bunu tətbiq etmək vaxtı çatıb. Artıq aviabiletlərin qiyməti ucuzlaşıb, aviabiletlərin qiymətlərinin endirilməsi Azərbaycana gəlmək üçün turizm paketinin qiymətinə də öz təsirini göstərib. Eyni zamanda, viza ilə bağlı Nazirlər Kabinetinin “Turizm şirkətlərinə viza vermək hüququ verən akkreditasiya qaydaları” təsdiqlənib. Artıq 65 turizm şirkəti bu hüquqa malikdir. İnanırıq ki, bu, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə imkan verəcək". N.Səmədov əlavə edib ki, viza ilə bağlı dünya təcrübəsinə əsaslanmaqla hazırlanan təkliflər Xarici İşlər Nazirliyinə təqdim edilib. Nazir müavinin sözlərinə görə, sahibkarlar nazirliyin təkliflərini və tövsiyələrini nəzərə almaqla qiymətləri endiriblər: “Dövlət olaraq bu sahədə hansısa islahatları aparmalıyıq. Bununla bağlı da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkliflər hazırlanıb”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ötən doqquz ay ərzində Azərbaycana bir milyona yaxın turist səfər edib.