Cəbrayılda polisə tabe olmayan sərxoş şəxslər SAXLANILDI24-05-2021, 10:45
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, may ayının 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisindəki polis əməkdaşlarının xidməti postuna yaxınlaşan “Mitsubishi” və “QAZel” markalı avtomaşınlar prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə saxlanılıblar. Yoxlama aparılan zaman hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb. Postun fəaliyyətini qısa müddətdə pozan 5 nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduğu müəyyən edilib. Onların hər biri barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
