“Grand Chess Tour”: Şahmatçılarımız məğlubiyyətsiz irəliləyirlər8-06-2021, 06:46
Çap et Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyirlər. Üçüncü turda Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Dyakla, Teymur Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla mübarizə aparıblar. Hər iki şahmatçımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb. Qeyd edək ki, təmsilçilərimizin əvvəlki qarşılaşmaları da bərabərlik şəraitində yekunlaşıb. Turun digər oyunlarında Rumıniyanın digər təmsilçisi Konstantin Lupulesku niderlandlı Aniş Girini məğlub edib, Uesli So (ABŞ)-Aleksandr Qrişuk (Rusiya), ABŞ təmsilçisi Fabiano Karuana - ermənistanlı Levon Aronyan görüşləri də heç-heçə ilə başa çatıb. Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
