Teymur Rəcəbov: Heç-heçə ədalətli nəticədir4-04-2019, 11:06
Çap et Bu sözləri "Shamkir Chess 2019" superturnirinin IV turunda Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə oynayan Teymur Rəcəbov mətbuat konfransında deyib. Otuz iki yaşlı qrossmeyster adətən belə güclü turnirdə riskin az olduğunu bildirib. Ağ fiqurlarla oynamasına baxmayaraq, hücum qurmaqda çətinlik çəkdiyini deyən Aniş Giri bildirib: "Adətən belə oyunlar zamanı qara fiqurların qarşısını kəsə bilirəm. Burada hücum qurmaqda çətinlik çəkdim. Rəqibim səhvə yol vermədi. Hesab edirəm ki, heç-heçə normal nəticədir". O bildirib ki, hər bir şahmatçı qələbə qazanmaq istəyir, ancaq həmişə istədiyini əldə edə bilmir. Qeyd edək ki, bu turnirdə T. Rəcəbovun 2, Aniş Girinin isə 1,5 xalı var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
