Heqiqet.Az » tehsil » İlham Əliyev paytaxtda ki liseydə olub


İlham Əliyev paytaxtda ki liseydə olub

10-09-2015, 15:19
Çap et
İlham Əliyev paytaxtda ki liseydə olub Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə təmir və yenidənqurma işləri aparılıb.
Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Bu təhsil ocağının binası 1963-cü ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb. Liseyin binasında bu günədək əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
Dövlət başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verildi. Qeyd edildi ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb.
Liseyin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Nəsimi rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.
Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb.
Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış oldu.
Texniki-Humanitar Liseydə bütün sinif otaqları, fənn kabinetləri ən müasir səviyyədə qurulub. Lisey yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır.
Reytinq: