Bakıda yeniyetmə anasını söyən kişini öldürdü13-07-2021, 07:43
Çap et APA-ya istinadən xəbər verirİK ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib. 1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb. Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub. *** Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
