Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi Türkiyədəki yanğınla bağlı yardım kampaniyasına qoşulub3-08-2021, 06:56
Çap et Təbii olaraq Antalyada yaşayan azərbaycanlılar da, bu kampaniyadan kənarda qalmayıblar və qardaşlarına yardım üçün səfərbər olublar. Həmyerlilərimizin dərnəyimizə olan çoxsaylı müraciətlərini nəzərə alaraq, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin Yönətimi bu kampaniyaya qoşulmaq qərarı alıb. Qurumdan verilən məlumata görə, dərnək yönətiminin, üzvlərinin və yardımsevər həmyerlilərimizin səyləri nəticəsində az müddətə çox miqdarda yardım vasitələri, quru və konserv yeməklər, geyim əşyaları, uşaq bezləri, tibbi ləvazimatlar, gigiyenik vasitələr, uşaq yeməkləri, təmizlik vasitələri, ərzaq saxlama qabları və s. toplanıb. Dərnəyin sədr müavini Azər İsmayıl və Yönətim üzvləri, ilk yardım vasitələrini 31 iyul tarixində Antalya Muratpaşa Bələdiyəsinin Yardım Toplama Mərkəzinə təhvil veriblər. İkinci yardım vasitələri dərnək sədri Ceyran Səttarova və dərnəyin fəal üzvü Sevinc Ələkbərovanın iştirakı ilə 2 Avqust tarixində Antalya Böyükşəhər Bələdiyyəsinin Yardım Toplama Mərkəzinə təhvil verilib. Yardımlarımız davam edəcək. Azərbaycan Türkiyə qardaşlığı hər zaman və həryerdə özünü ən gözəl şəkildə göstərir. Türkiyə Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da, hər zaman Türkiyənin yanındadır. Biz birlikdə güclüyük. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
