Heqiqet.Az » iqtisadiyyat » Azərbaycanla İraq arasında iqtisadi münasibətlərin daha çox inkişafı üçün potensial var - Nazir


Azərbaycanla İraq arasında iqtisadi münasibətlərin daha çox inkişafı üçün potensial var - Nazir

6-08-2021, 07:06
Çap et
Azərbaycanla İraq arasında iqtisadi münasibətlərin daha çox inkişafı üçün potensial var - Nazir Azərbaycanla İraq arasında iqtisadi münasibətlərin daha çox inkişafı üçün potensial var.
Bunu İraqın rabitə naziri Arkan əl-Şeybani deyib.
Onun sözlərinə görə, bu istiqamətdə həm ticarət dövriyyəsinin artımı, həm də qarşılıqlı investisiyaların artırılması üzrə böyük işlər aparılır:
"Biz təkcə ticarəti deyil, həm də turizm, təhsil, informasiya-kommunikasiya sahələrini inkişaf etdirməyi hədəfləyirik".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-İraq Hökumətlərarası birgə komissiyasının ikinci iclası keçirilir.
​İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanacaq.
Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilib.
Reytinq: