Heqiqet.Az » iqtisadiyyat » Azərbaycandan Aİ-yə ixrac edilən fındıqda kiflənmə ilə bağlı heç bir bildiriş gəlməyib - AQTA


Azərbaycandan Aİ-yə ixrac edilən fındıqda kiflənmə ilə bağlı heç bir bildiriş gəlməyib - AQTA

1-09-2021, 09:01
Çap et
Azərbaycandan Aİ-yə ixrac edilən fındıqda kiflənmə ilə bağlı heç bir bildiriş gəlməyib - AQTA Ötən il Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarında aflatoksin (kiflənmə) aşkar edilməsi ilə bağlı ölkəmizə heç bir bildiriş daxil olmayıb.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, 2017-ci ildə ölkəmizdən ixrac edilən fındıq məhsullarında aflatoksin aşkar edilməsi ilə bağlı 17, 2018-ci ildə 16, 2019-cu ildə 10 bildiriş daxil olub.
"2020-ci ildə bununla bağlı ölkəmizə heç bir bildiriş göndərilməyib. 2021-ci ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan digər ölkələrə ümumilikdə 38 bildiriş göndərilib. Sözügedən bildirişlərin hamısı öz təsdiqini tapıb".
Reytinq: