Dünyada buğda istehsalı azalır - ABŞ Kənd Təsərrüfatı Nazirliyi6-09-2021, 11:58
Çap et Dünyada buğda istehsalının həcmi azalır.Bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatında deyilir. Qeyd olunur ki, 2019-cu ildə aşağı rentabelliklə əlaqədar ABŞ-da buğda istehsalçıları üçün ən pis mövsümlərdən biri qeydə alınıb. Həmin dövrdə əvvəl dövlət dəstəyinə arxalanan bir sıra şirkət dəstəyin aradan qaldırılması və taxıl qiymətlərinin azalması ilə əlaqədar müflis oldu. Hesabatda o da bildirilir ki, Avstraliyada meşə yanğınları buğda tarlalarına ziyan vurub və ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2021-2022-ci illərdə buğda ixracının 17 faiz azalacağını gözləyir. BMT-nin hesablamalarına əsasən, 2050-ci ilədək dünyada 40 faiz daha çox qida məhsulu istehsal etmək lazım olacaq, belə ki, həmin dövrədək dünya əhalisinin 2 milyard nəfər artacağı gözlənilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Dünyada buğda istehsalının həcmi azalır.