Qarabağdan 20-yə yaxın sahibkar elektrik təchizatı üçün müraciət edib28-09-2021, 10:31
Çap et Bunu "Azərişıq" ASC-nin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bu gün Şamaxıdakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib. Direktor müavini qeyd edib ki, "Azərişıq" ASC-nin yaratdığı elektron müraciətlərin idarəolunması sistemi sahibkarlara elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət etməyə imkan verir. Ötən illə müqayisədə bu il onlayn müraciətlərdə 50 faiz artım müşahidə olunur. İ.İsazədə bildirib ki, artıq azad edilmiş ərazilərdən də sahibkarlar onlayn şəkildə “Azərişığ”a müraciət edir: “Bu vaxta qədər Qarabağdan 20-yə yaxın sahibkardan elektrik enerjisi təchizatı üçün müraciət daxil olub. Onların 12-si Şuşa şəhərinin, qalanı isə digər şəhər və rayonların payına düşür. Bunlar əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və s. müəssisələrin sahibləridir. Bu, bizim üçün sevindirici haldır" O həmçinin qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 6 yarımstansiya inşa edilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
