Evdən qızıl və pul oğurlayan qadın saxlanılıb28-09-2021, 10:38
Çap et DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, dilənçiliklə məşğul olan Sahibə Mahmudova saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin avqustun 28-i günorta saatlarında evdə heç kimin olmamasından və qapının açıq olmasından istifadə edərək həmin ünvana daxil olduğu, niyyətini həyata keçirdikdən sonra isə oradan uzaqlaşdığı məlum olub. Saxlanılan şəxs ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Mahmudovanın digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
