Zaqatalada həyat yoldaşını baltalayan kişi psixiatriya xəstəxanasına göndərildi7-10-2021, 06:37
Çap et Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.İsmayılovun hadisəni törədərkən anlaqsız olduğu sübuta yetirilib və o, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən və cəzadan azad edilərək ixtisaslaşdırılmış psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilib. Xatırladaq ki, hadisə 2020-ci il oktyabrın 21-də günorta saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Fazil İsmayılov yaşadığı evin həyətində 1978-ci il təvəllüdlü arvadı Zalxa İsmayılovanın baş nahiyəsindən balta ilə zərbələr endirərək, onu qətlə yetirib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və o hadisədə təqsirli bilinərək həbs olunub. Tibbi ekspertizanın rəyinə əsasən, Fazil İsmayılova “depressiv tipli şizoaffektiv pozuntu” diaqnozu qoyulub. Hadisədən sonra həbs olunan Fazil İsmayılov 2021-ci ilin martına qədər istintaq təcridxanasında saxlanılıb. 2021-ci ilin martında Zaqatala Rayon Məhkəməsi onun psixiatriya xəstəxanasına yerləşdirilməsinə qərar verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
