Bakıda 30 kiloqram narkotiklə tutulan şəxsə 15 il cəza verildi8-10-2021, 07:48
Çap et Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əzizov 15 il azadlıqdan məhrum edilib. İttihama görə, Elməddin Əzizov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11,930 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Elməddin Əzizovun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Araşdırma zamanı müəyyən olunub ki, Elməddin Əzizov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Masallı rayonu ərazisində qəbul edib və Çaxırlı kəndində yarımtikilidə gizlədib. Daha sonra Elməddin Əzizov narkotik vasitələri paytaxta gətirərək kirayə yaşadığı evdə saxlayıb. O, narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
