Azərbaycanda ana həbsdəki oğluna heroin gətirdi21-10-2021, 08:13
Çap et Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan məhkum Tayyib Rəsul oğlu Eynullayev ilə qısamüddətli görüşə gələn anası Bakı şəhər sakini Səfurə Musa qızı Eynullayeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan idman şalvarının belindəki ipə xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,748 qram narkotik maddə - heroin aşkar edilib. Həmçinin Cinayət Məcəlləsinin 29.120.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Elsevər Elçin oğlu Quliyevə tanışı Mingəçevir şəhər sakini Ruslan Xanlar oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan əl-üz dəsmalına xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,108 qram narkotik maddə - heroin aşkar edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
