Şəmkirdə avtoxuliqanlar həbs edilib25-10-2021, 06:24
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobil ilə, toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazsində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozub və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub. Sürücülük hüququ olmadan avtombil idarə edən “sürücü” polis əməkdaşları tərəfindən saxlanılan zaman o, avtomobildə olan digər sərnişinlər-Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayaraq, nalayiq ifadələr işlədərək ictimai xuliqanlıq ediblər. Saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxslər barəsində İnzibatə Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V. Mirzəoğlu 25, E. Adıgözəlov 3, S. Tağıyev və Q. Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
