Çində dəhşətli qəza: 12 ölü, 19 yaralı11-09-2015, 13:29
Çap et Çində avtobusun yük maşını ilə toqquşması nəticəsində 12 insan həyatını itirdi. Hadisə Çinin Xenan əyalətində baş verib. Xarici KİV-lər xəbər verir ki, qəzaya səbəb avtobusun yüksək sürətlə idarə olunması və eyni zamanda yolun sürüşkən olması göstərilir. Sürüşmə nəticəsində avtobus idarə etməni itirərək bir neçə dəfə aşıb və yük maşınına dəyib. Nəticədə 9 nəfər yerindəcə ölüb, daha üçü isə xəstəxanada dünyasını dəyişib. Bundan başqa, 19 nəfərin xəsarət aldığı deyilir. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Avtobusda azyaşlılar da olub. Hadisə ilə bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
