Millət vəkili Vergi Məcəlləsində aparılan dəyişikliklərin əsl mahiyyətindən danışdı19-11-2021, 09:02
Çap et "Bu gün müzakirəmizə təqdim olunan Vergi məcəlləsində dəyişikliklər baxmayaraq ki, iqtisadi komitədə müzakirə olunmamışdan əvvəl mətbuata belə bir tərzdə sızmışdı ki, vergilərdə çoxlu artımlar gedir və əsasən bax, bu yanaşma ilə izah olunub, ancaq sonradan müzakirələr vaxtı mətbuatın iştirakı ilə vergi məcəlləsində aparılan dəyişikliklərin əsl mahiyyəti müəyyənləşdi. Məlum oldu ki, hazırda edilən dəyişikliklərin mahiyyəti güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, sosial xarakterli güzəştlər, kölgə iqtisadiyyatının aradan qaldırılması, abşor zonalarda vergi nəzarətinin gücləndirilməsi kimi hallardan ibarətdir. Vergi Məcəlləsində edilən dəyişikliklər mahiyyət etibarı ilə bu sadaladığım nəticəyə gəlinəcək. Bu isə o deməkdir ki, sözün əsl mənasında vergi siyasəti ölkədə çox mükəmməl şəkildə, fundamental formada təkmilləşibdir". Bu fikirləri Milli Məclisin noyabrın 10-da keçirilən plenar iclasında "Vergi məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov səsləndirdi. "-Dövlət büdcəsini müzakirə edirik və orda da görürük ki, doğrudan da dövlət büdcəsinin gəlir hissəsinin neft fondundan transfertlərini nəzərə almasaq, gəlirlərin əsas hissəsi vergilər xətti ilə daxil olur. 6,8 milyard manat vəsait 2022-ci ildə vergilər xətti ilə daxil olunacaq. Bu onu deməyə əsss verir ki, bu proqnozlar özünü doğruldacaq. Bu proqnozların özünü doğrultması isə bu kimi islahatlara söykənir və vergi ödəyiciləri ilə vergi xidməti işçiləri arasındakı etibar bir-birnə olan, sözün əsl mənasında, o addımlar bütövlükdə bizim vergi siyasətinin bu gün xoş mərama, məcraya yönəlməsindən xəbər verir. Mən hesab edirəm ki, Komitə sədri hörmətli Tahir müəllim bütün dəyişikliklərin mahiyyətini izah etdi deyə, təkrarçılığa yol verməyim. Bu dəyişikliklər qəbuldu və dəstəklənməsini millət vəkillərindən məndə xahiş edirəm", deyə millət vəkili fikrini tamamladı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Bu gün müzakirəmizə təqdim olunan Vergi məcəlləsində dəyişikliklər baxmayaraq ki, iqtisadi komitədə müzakirə olunmamışdan əvvəl mətbuata belə bir tərzdə sızmışdı ki, vergilərdə çoxlu artımlar gedir və əsasən bax, bu yanaşma ilə izah olunub, ancaq sonradan müzakirələr vaxtı mətbuatın iştirakı ilə vergi məcəlləsində aparılan dəyişikliklərin əsl mahiyyəti müəyyənləşdi. Məlum oldu ki, hazırda edilən dəyişikliklərin mahiyyəti güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, sosial xarakterli güzəştlər, kölgə iqtisadiyyatının aradan qaldırılması, abşor zonalarda vergi nəzarətinin gücləndirilməsi kimi hallardan ibarətdir. Vergi Məcəlləsində edilən dəyişikliklər mahiyyət etibarı ilə bu sadaladığım nəticəyə gəlinəcək. Bu isə o deməkdir ki, sözün əsl mənasında vergi siyasəti ölkədə çox mükəmməl şəkildə, fundamental formada təkmilləşibdir".