Bakı funikulyorunun fəaliyyəti bərpa edilib16-12-2021, 06:42
Çap et Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. "Pandemiyanın ilk günlərindən funikulyor fəaliyyətini dayandırmışdı. Bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb" - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, Bakı funikulyoru 2020-ci ilin mart ayından bağlı idi. Bakı funikulyoru ilk dəfə 1960-cı ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Leninqrad (Sankt Peterburq) şəhərində hazırlanaraq paytaxta gətirilib. İki stansiyası olan funikulyorun stansiyalararası məsafəsi 455 metrdir. Cəmi 2 vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Qatarlararası interval 10 dəqiqədir. Funikulyorda gediş haqqı 1 manatdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
