Heqiqet.Az » iqtisadiyyat » BTC ilə Türkiyəyə neft nəqli azalıb


BTC ilə Türkiyəyə neft nəqli azalıb

3-02-2022, 06:12
Çap et
BTC ilə Türkiyəyə neft nəqli azalıb 2021-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 200,149 milyon barel xam neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır.
Bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat veririk.
2021-ci ilin dekabrında BTC ilə Türkiyəyə 17,514 milyon barel xam neft nəql edilib. Bu, ötən ilin dekabrı ilə müqayisədə 6,1 faiz çoxdur.
Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli yanvar ayında (18,967 milyon barel), ən az nəql fevral ayında (14,537 milyon barel) qeydə alınıb.
Reytinq: