Heqiqet.Az » hadise » Toyda karantin qaydalarını pozan şəxs həbs edildi


Toyda karantin qaydalarını pozan şəxs həbs edildi

8-02-2022, 06:29
Çap et
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.
7 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Reytinq: