Qadınlar kişilərdən çox yeyir - FAKT17-09-2015, 12:18
Çap et Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Məlumatda bildirilib ki, ölkə əhalisinin qadın cinsinə mənsub nümayəndələri 2014-cü ildə adambaşına 140,2 kq çörək məhsulları istehlak ediblər. Bu göstərici kişlər arasında 139,7 kq olub. 2013-cü ildə bu rəqəmlər qadınlar arasında 141,9, kişilər arasında isə 141,5 kq olub. 2014-cü il ərzində süd və süd məhsullarından qadınlar 275,4 kq, kişilər 274,1 kq istifadə edib. Bu göstərici 2013-cü illə müqayisədə xeyli aşağı düşüb. Belə ki, 2013-cü ildə qadınlar bu ərzaq növünü il ərzində 292 kq istehlak edib. Kişilərdə isə bu göstərici 284,1 kq olub. Ötən il ərzində qadınlar 156,7, kişilər 157,7 ədəd yumurta istehlak edib. Məlumatda o da bildirilib ki, 2013-cü illə müqayisədə hər iki cinsin nümayəndələri meyvə və giləmeyvə istehlakını artırıb, qənd və qənnadı məmulatlarının istehlakını azaldıb. Qadınlar və kişilər 2013-cü ildə adambaşına 75 kq meyvə yedikləri halda, ötən il bu göstərici 77 kq olub. Qənd və qənnadı məhsullarının istehlakını isə hər iki cinsin nümayəndələri azaldaraq 31 kq-dan 30 kq-a endiriblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
