Qoy builki Novruz xalqımıza ancaq xoş günlər, xoşbəxtlik gətirsin14-03-2022, 12:32
Çap et Azərbaycan Respublikasının Əməkdar elm xadimi, biologiua elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Rusiya Elmlər Akademiyasının xarici-üzvü, Azərbaycan Tibb Universitetinin Fiziologiya kafedrasının müdiri, Azərbaycan Milli Aviasiya Akademiyasının Aviasiyada insan amili laborotoriyasının rəhbəri Novruz bayramı və Zəfər münasibətilə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi və xalqımızı səmimi qəlbdən təbrik edir, baharın gəlişinə düşən günlərdə hörmətli Prezidentimizə və xalqımıza ən yaxşı arzularımızı çatdırırıq. Qoy builki Novruz xalqımıza ancaq xoş günlər, xoşbəxtlik gətirsin. Müstəqil Azərbaycanımızın əbədiyaşar prezidenti, Azərbaycan Respublikasının memarı və qurucusu böyük Heydər Əliyevin bizə miras qoyduğu müasir Azərbaycan dövləti bundan sonra da daim inkişaf edəcək. Hörmətli Prezidentimiz İlham Əliyevə və xalqımıza daha böyük uğurlar, eləcə də azad olunmuş torpaqlarımızın tez bir zamanda qurulub yaradılmasını arzulayırıq. Hazırkı iqtidarın güclü və ağıllı siyasəti sayəsində bu gün xalqımız əmin-amanlıq, dinc şəraitdə yaşayır. Ölkəmiz inkişaf etmiş dövlətlər sırasındadır. Dünyanın tərəqqi etmiş iri sivil dövlətləri ilə iqtisadi münasibətlərimiz çox yüksək səviyyədə tənzimlənib. Bütün bunların hamısı əbədiyaşar prezidentimiz, böyük Heydər Əliyevin siyasi və iqtisadi kursunun nəticəsidir. Həm də möhtərəm Prezidentimiz İlham Əliyevin yetkin dövlət xadimi kimi böyük Heydər Əliyevin ideyalarını dönmədən həyata keçirməsinin nəticəsidir. Günü-gündən çiçəklənən və gözəlləşən Azərbaycanımızın xöşbəxt gələcəyi üçün dahi liderimiz Heydər Əliyevin iqtisadi və siyasi kursunu dönmədən həyata keçirən möhtərəm prezidentimizi, xalqımızın müdrik oğlu hörmətli İlham Əliyevi, xalqımızı bir daha Zəfər və Novruz bayramı münasibətilə təbrik edirik! Ona dövlətimizin inkişafı və çiçəklənməsi yolunda böyük uğurlar və can sağlığı arzulayırıq! Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
