» » Alimlər meymun çiçəyinə qarşı dərman vasitəsi aşkar ediblər


Alimlər meymun çiçəyinə qarşı dərman vasitəsi aşkar ediblər

25-05-2022, 09:32
Çap et
Alimlər meymun çiçəyinə qarşı dərman vasitəsi aşkar ediblər ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatı meymun çiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb.
Bu barədə "Lancet" elmi nəşri yazır.
"Həmkarlarımız bu meymun çiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq", - Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.
O, qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - brincidofovir və tekovirimat müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılmışdır.
Tekovirimat insan çiçək virusunun replikasiyasını dəf etməyi bacardığı halda, brincidofovir isə o qədər də effektiv vasitə olmadığı üzə çıxıb. Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymun çiçəyi də tekovirimat preparatı ilə müalicə olunacaq.
Reytinq: