Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı açıqlanıb31-05-2022, 06:59
Çap et Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı qismən azalsa da, onların ümumi kapıtalı artıb. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 32 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 21,1 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib. TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (68) qeydiyyata alınıb. “İstanbulnda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumu kapitalı 25,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər. Qeyd olunub ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə beş sənaye, beş tikinti, 40 topdan və pərakəndə ticarət, iki daşınmaz əmlak satışı, üç turizm, 10 nəqliyyat-logistika şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 237 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 63,171 milyon türk lirəsi olub. 2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb. Məlumat üçün bildirək ki , 2020-ci ildə Türkiyədə Azərbaycan kapitallı 148 şirkət qeydiyyatdan keçib və onların ümumi kapitalı 21,19 milyon türk lirəsi təşkil edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
