Uşaqlarda oxuma və öyrənmə çətinliyi: disleksiya18-09-2015, 11:17
Çap et Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan, bilavasitə hafizə və dil ilə əlaqədar olan disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Lakin zəka səviyyəsi yüksək olan uşaqlar da da bu problemə rast gəlmək mümkündür. Böyük alim Albert Eynşteyn, intibah dövrünün böyük memar, heykəltaraş və rəssamı Leanardo da Vinçi, kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher, məşhur aşbaz və televiziya aparıcısı Jamie Oliver disleksiyadan əziyyət çəkən məşhurlar sırasındadır. Uşağımızın disleksiyadan əziyyət çəkdiyini necə bilmək olar? Ümumiyyətlə, bilməklazımdır ki, erkən diaqnoz həm uşağın inkişafında, həm də gələcəkdə alacağı təhsilin necə istiqamətlənməsində çox önəmlidir. Məktəbə qədər yaş dövründə müşahidə olunan aşağıdakı hallar disleksiyanın əlamətləri ola bilər: Nitqdə geriləmə; Yeni sözləri öyrənməkdə çətinlik çəkmək; Danışarkən məzmuna uyğun sözü seçməkdə çətinlik çəkmək; Hərfləri fərqləndirməkdə çətinlik çəkmək; Məkan və zaman anlayışlarını qavramaqda yaranan çətinlik. Məktəb dövrünün ilk illərində müşahidə olunan hallar: Əlifba sırasını öyrənməkdə çətinlik; Səslərin qarşılığı olan hərflərdə çətinlik; Hecalamada çətinlik; Yazılı sözləri səsləndirmədə çətinlik; Yazı yazarkən çətinlik ,yazarkən əlavə hərflər artırmaq və tam əksi, hərfləri əskik yazmaq; Bəzən oxuma və yazmadakı çətinliyi qismən aradan qaldıra bilən uşaqlarda disleksiyanın fərqinə varmaq çətin olasa da, 5-6-cı sinifə gəldikdə: Səsli oxumada çətinlik, sözlərin sonunu deməmə; Yavaş, ya da səhv oxuma; Yazıda çox sayda səhvləri (Cümlənin sonunda nöqtə qoymamaq, cümlə başındakı hərfi böyük yazmamaq və s.) Sözlərin doğru mənalarını bilməmək; Simvolları öyrənməkdə çətinlik çəkdiyi üçün riyaziyyat dərsində çətinlik çəkmək və s. Bəs disleksiyanın səbəbləri nə ola bilər? Bu sual daim ailələri narahat edir. Günümüzdə müxtəlif fərziyyələr olsa da, disleksiyanın səbəbləri bilinməməkdədir. Uşağınız disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünməlisiniz. Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərinizə hakim olmalı və səbirli davranmalısınız. Təcrübə göstərir ki, valideynlərin bu cür uşaqlarla işləməsi heç bir effekt vermir. Bir sözlə, övladınızda disleksiyanın əlamətlərini aşkarladınızsa mütəxəssisə müraciət etməniz mütləqdir. Dürdanə Bağırova, “Narınc” Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
