Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirməyi hədəfləyir18-08-2022, 06:27
Çap et Bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyindən bildiriblər. Nazirlikdən bildirilib ki, hazırda Orta dəhliz adlandırılan marşrut üzrə yükdaşımalarda tədricən artım müşahidə olunur. "Özbəkistanın yükdaşıyıcıları Xəzər dənizi ilə yüklərin daşınmasını artırır. Bu baxımdan biz bu dəhlizin keçdiyi dövlətlərin nəqliyyat orqanları ilə birlikdə ən əlverişli şərait yaratmağı planlaşdırırıq", - deyə Nazirlikdən bildiriblər. Öz növbəsində, Azərbaycan, Qırğızıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Türkmənistanın dəmir yolu təşkilatları artıq konteyner bloklu qatarların daşınmasına 70%-ə qədər endirimlər edib. Qeyd edilib ki, bu yaxınlarda imzalanmış üçtərəfli bəyannaməyə əsasən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları çərçivəsində Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialı mövcud problemlərin öyrənilməsi və yüklərin daşınması prosesinin daha da sadələşdirilməsi üçün birgə əlaqələndirilmiş tədbirlər görülməklə inkişaf etdiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
