Bakıda idman zalında qətl törədən müstəntiq oğlunun ittihamları ağırlaşdırılıb - Məhkəmə25-08-2022, 05:07
Çap et Hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Təqsirləndirilən Əli Abbasov ittihama münasibət bildərərkən özünü təqsirli bilməyib. İş üzrə növbəti proses sentyabrın 9-da davam etdiriləcək. İttihama görə, hadisə 2021-ci il martın 1-də günorta saatlarında Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binadakı idman zalında baş verib. Təqsirləndirilən şəxs Əli Abbasov idman zalında məşq edərkən Bəxtiyar Nəsibovla mübahisə edib. Mübahisə zamanı Əli Abbasov Bəxtiyar Nəsibovu bıçaqla qətlə yetirib. 20 yaşlı Əli Abbasov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub. Cinayət işi həmin maddə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, qətlə yetirilən şəxsin valideynləri məhkəməyə etiraz edərək işin yenidən istintaqa qaytarılmasına Nail olub. İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub. Xatırladaq ki, zərərçəkmiş tərəf qətldə təqsirləndirilən Ə. Abbasovun anasının Xətai rayon prokurorluğunda müstəntiq işlədiyi üçün onun maddəsinin yüngülləşsirildiyini iddia edirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
