Rusiyanın tibbi məhsullar istehsal edən şirkətlərinin nümayəndələri ilə görüş keçirilib16-09-2022, 06:02
Çap et ![]() Ryazan vilayətindən gəlmiş nümayəndələr öz şirkətlərinin fəaliyyəti və istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat təqdim edib, Mərkəzi Gömrük Hospitalı ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduqlarını bildiriblər. Müxtəlif çeşidli sarğı və tibbi sərfiyyat materialları istehsal edən, tibb müəssisələrində “təmiz otaqların” layihələndirilməsi və montajı ilə məşğul olan, hialuron turşusu əsaslı dərman və kosmetik vasitələr istehsal edən şirkətlərin nümayəndələri görüşdə çıxış ediblər. Hospital rəisinin müavini Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalının strukturu, çoxtərəfli fəaliyyəti, burada həyata keçirilən mürəkkəb əməliyyatlar, COVID pandemiyası zamanı görülmüş işlər barədə qonaqlara məlumat verib. B.Musayev Mərkəzi Gömrük Hospitalının da əməkdaşlıqda maraqlı olduğunu deyərək qarşıya çıxa biləcək texniki problemlərin həll edilə bilməsi üçün şirkətlərin Azərbaycanda nümayəndəlik açmasının daha məqsədəuyğun olacağını bildirib. Sonda qonaqlar görüşün təşkilinə görə Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə təşəkkür ediblər və Hospitalın nümayəndələrini 15 sentyabrda keçiriləcək sərgiyə dəvət ediblər. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|