Heqiqet.Az » sou » İlhamə Quliyeva Azəri Günelə qarşı tac davasına çıxdı - VİDEO


İlhamə Quliyeva Azəri Günelə qarşı tac davasına çıxdı - VİDEO

21-09-2015, 11:36
Çap et
İlhamə Quliyeva Azəri Günelə qarşı tac davasına çıxdı - VİDEO Xalq artisti İlhamə Quliyeva ilə Azəri Günel Zeynalova arasında tac qalmaqalı böyüyür. Bir neçə ay öncə maqazin proqramlarının birində Günelin başına tac taxaraq, "Yeni şahzadə gəlir. Bundan sonra hamı yerini bilsin. İlhamə xanım da bunu dəyərləndirib, cavab versin" sözləri deməsi xalq artistinin ürəyincə olmayıb.
İ.Quliyeva "10-lar" verilişində G.Zeynalovaya səslənib: "Azərbaycanda hamı bilir ki, tacın sahibi İlhamədir. 15 il bundan əvvəl də tac taxardılar da... Rəsmi sənədlərlə taclarım var. Taxırsan öz işindir. Amma onu demək forması var. "Kim mənə nə deyə bilər? Taxıram əcəb edirəm" ifadəsi yanlışdır. Şıltaqlığı getsin evində etsin, mənim üçün yox".

Reytinq: