“Range Rover” qəza törətdi, iki nəfər öldü, maşındakı 40 min dollar pul isə oğurlandı - TƏFƏRRÜAT12-10-2022, 07:54
Çap et 40 min dollar pul qəzaya düşən maşından oğurlanıb. Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Kia"da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəza zamanı “Kia”da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov “Kia”da olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman “Kia”nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər. Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar. XXX 10.49 Bakıda avtomobildən 40 min dollar oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
